“ABŞ “Brexit”dən sonra Britaniya üçün böyük ticarət tərəfdaşı olmağa hazırdır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ “Brexit”dən sonra Britaniya üçün böyük ticarət tərəfdaşı olmağa hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp britaniyalı teleaparıcı Pirs Morqana mesahibəsi zamanı deyib.

D.Tramp bildirib: “Biz bilirik ki, siz ikiillik müddətlə məhdudlaşdırılmısınız (Britaniyanın Aİ-dən 2019-cu ilin martında çıxana qədər),.. amma biz Böyük Britaniya ilə müqavilə bağlayacağıq. Biz sizin üçün böyük ticarət tərəfdaşı olacağıq”.

Qeyd edək ki, Böyük Britaniya Avropa İttifaqından 2019-cu ilin mart ayının 29-da çıxacaq.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp