14 rayonda torpaqların elektron uçota alınması yekunlaşdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017-ci ildə 14 rayonda torpaqların elektron uçota alınması tam yekunlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən müşavirə bildirilib.

Qeyd olunub ki, elektron kadastr uçot işi bitmiş rayonlardan il ərzində 13 rayonun hüdudları daxilində 337 bələdiyyə xəritələri hazırlanıb. 2017-ci ildə 760 mindən çox ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqatı işləri yerinə yetirilib.

Azərbaycan ərazisində geodeziya ölçü işlərində AzPOS sisteminin imkanları genişləndirilib və istifadəçilərin sayı artırılıb. Bu informasiya sistemi yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edir.

Vurğulanıb ki, respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Ötən il ərzində uçot işləri aparılan 32 rayonda rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, torpaq istifadəçilərinin, mülkiyyətçilərinin iştirakı ilə geniş forumlar keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp