Zenfira Seda Sayanın qonağı oldu: “Tatlısəs üçün qurban demişdim”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Müğənni Zenfira İbrahimova və tarzən Humay Qədimova “Show TV”də yayımlanan “Seda Sayan’la” verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl İbrahim Tatlısəslə görüşən və mahnısı ilə onu ağlatan sənətçinin videosu sosial şəbəkədə müzakirə olunub. Proqramda da sözügedən görüntülər müzakirə edilib. 

Zenfira Tatlısəs fanatı olduğunu bildirib və görüşlərindən danışıb:

“İbrahim Tatlısesin ilk dinlədiyim mahnısı “İnsanlar” olub. 25 ildir ki, onunla görüşmək arzusunda idim. Hər zaman İstanbula gəlib-gedirdim. Heç vaxt görə bilmirdim. Qohumum Ömər vasitəsi ilə onunla görüşdüm. İzmirə getdim, bir gün gözlədim. İbrahim bəy İstanbulda idi. Ağlayaraq ona baxdım.  Pəncərənin o biri tərəfindən məni gördü.

Mənimlə görüşdü, yanında oturdum. Oğluma onun adını qoymuşam. Yeddi qurban demişdim, birini onun icazəsi ilə orada kəsdim. Allah qəbul etsin. Tatlıses də dedi ki, bu qurbanın ciyərini özüm yeyəcəm”. 

Z. İbrahimova proqramda mahnılar səsləndirib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp