YENİLİK: Həkimlər xəstələrin daxili orqanlarını bir toxunuşla görəcək – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə insanları ən çox heyrətləndirən yeniliklər məhz səhiyyə sistemindən gəlir. Artıq həkimlər xəstələrin daxili orqanlarını bir toxunuşla görə biləcək.

Milli.Az xəbər verir ki, Kanadanın Alberta Universitetindən olan kompüter elmləri üzrə aspirant İen Uotts və şagirdi Mixail Fiestin birgə layihəsi əsasında xəstələrin dərisinin altında yerləşən daxili orqanlarını görməyə imkan verən texnologiya hazırlanıb. Belə ki, “ProjectDR” adlandırılan texnologiya hələ ki, tam hazır hesab edilmir. Hazırda təcrübə mərhələsindədir.

Sözügedən texnologiya pasiyentin KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası) nəticələrinin üçölçülü təsvirlərini dəriyə elə proyeksiya edir ki, onlar insan bədəninin formasına yerləşir. “ProjectDR” sistemi infraqırmızı kameralar və pasiyentin bədəninin müəyyən hissələrində yerləşdirilmiş markörlər sayəsində çalışır. Kameralar bu markörlərin yerləşdiyi hissələri izləyir və insan orqanizmi haqqında sistemə informasiya verir.

Layihə rəhbərlərinin dediyinə görə, daha da təkmilləşdirildikdən sonra bu sistemi bir çox sahələrdə işlətmək mümkündür:

“Bu sistem texnologiyanın bir çox sahələrində – fizioterapiya, laparoskopik cərrahiyyə və s. tətbiq edilə bilər. Hazırda sınaqlar aparılır. Ümid edirik ki, qısa zaman ərzində sistemi tam hazır vəziyyətə gətirəcəyik”. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

YENİLİK: Həkimlər xəstələrin daxili orqanlarını bir toxunuşla görəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp