Vəkil olmaq istəyənlər imtahan verdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ən gəncinin 22,ən yaşlısının isə 77 yaşı var. Onlar bu dəfə vəkil olmaq üçün imtahan verdilər.

Milli.Az bildirir ki, uzun müddətdən sonra vəkillər kollegiyasına üzv olmaq üçün keçirilən imtahanlar yenidən bərpa edildi. Bu dəfə 2 minə yaxın namizəd vəkil olmaq üçün biliyini sınayıb. İmtahana isə maraq həddindən artıq çox olub.

Budəfəki qəbul prosesində bir çox yeniliklər var. Belə ki, daha çox namizədin test mərhələsindən keçməsinin asanlaşdırılması məqsədilə yazılı test imtahanı mərhələsində məntiqə dair suallar yer almayıb.

Vəkillər kollegiyasının sədri Anar Bağırov bir sıra yeniliklərin olacağını da dedi.

Qeyd edək ki,bu günkü test imtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi saytında artıq yerləşdirilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Vəkil olmaq istəyənlər imtahan verdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp