Ukraynada Ermənistan vətəndaşları saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ukraynadan Slovakiyaya qanunsuz keçmək istəyən Ermənistan vətəndaşları saxlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ukraynanın Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, Karpatda sərhədçilər Ermənistan vətəndaşları olan iki kişi və qadını saxlayıblar. Onların bələdçinin köməyi ilə Ukrayna-Slovakiya sərhədini qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləşib.

Bundan sonra hüquq-mühafizə orqanları yaxınlıqda olan Ujqorod şəhəri ərazisində Ermənistan vətəndaşlarına köməklik edən bələdçini saxlayıblar. Onun üzərindən külli miqdarda xarici valyuta, bank kartları və digər sənədlər aşkarlanıb.

Ermənistan vətəndaşlarının şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onlar inzibati məsuliyyətə cəlb olunacaqlar.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp