“Suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını keçiririk”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Avropada bəziləri Türkiyə ordusuna işğal ordusu deyir. Tarixinizə baxın, tarixiniz Afrikanın, digər bölgələrin işğalı, sömürülməsi ilə doludur”.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amasiya şəhərində keçirilən mitinqdə bildirib.

R. T. Ərdoğan Almaniyada polislərin gözü qarşısında PKK terror təşkilatının üzvlərinin məscidlərə hücum çəkdiyini söyləyib: “Ancaq biz bu ölkədə heç bir terrorçuya sığınacaq vermədik. O terrorçuları ya ölkələrinə göndərdik, ya da həbs etdik. Onlara kimin işğalçı, kimin qonaqpərvər olduğunu göstərəcəyik. Biz Afrinə niyə girmişik? Məqsədimiz Afrini işğal etmək deyil. Hazırda 3 milyon suriyalı Türkiyədə qonağımızdır. Bu suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını həyata keçirir, o torpaqları PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edirik. Biz “Fərat qalxanı” əməliyyatı ilə Suriyada 2 min kv.km ərazini İŞİD terrorçularından azad etdik, 100 mindən çox suriyalı o torpaqlara qayıtdı. Qalan suriyalıların da qayıtması üçün ordumuz bu əməliyyatları keçirir”.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə ordusu müxalif Azad SuriyaOrdusu ilə birlikdə Suriyanın Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün “Zeytun budağı” əməliyyatına başlayıb. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp