Şamaxıda 3 uşaq anası intihara cəhd etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cabanı kəndində qeydə alınıb.

Kənd sakini 1986-cı il təvəllüdlü Dünyamalıyeva Günay Hidayət qızı yaşadığı evdə sirkə turşusu içərək özünü zəhərləyib. O, həyat yoldaşının köməyi ilə təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Qadın sonradan vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Üç uşaq anası olan Günay Dünyamalıyevanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp