Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini tapıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yeni Zelandiyanın Hava Qüvvələri içərisində Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini olan qayıq aşkar edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qayıq Sakit okeanda yerləşən Nauru ada dövlətinin sahillərindən 300 km məsafədə tapılıb. Sərnişinlər qayıqdan təxliyyə olunub.

Bərəni digər sərnişinlərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, bərə dekabrın 18-də Nonouti adasının limanından çıxıb və dekabrın 20-də Kiribatinin paytaxtı Cənubi Taravaya gəlməli idi. Lakin bərə təyin olunmuş vaxtda gəlib çıxmayıb. Bərə ilə əlaqə kəsildiyinə görə, axtarışlar başlanılıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp