Şabranda yanmış kişi meyiti tapıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şabran rayonu ərazisində yanmış kişi meyiti  tapılıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, cəsəd Bakı-Quba yolunun kənarında aşkar edilib.

40-50 yaşlarında olan şəxsin kimliyini müəyyənləşdirmək olmayıb. Bu şəxsi tanıyanlardan xahiş olunur ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Şabran rayon Polis Şöbəsinə  (02335) 3-23-05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp