Rocer Federer 6-cı dəfə “Australian Open” yarışının qalibi oldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İsveçrəli tennisçi Rocer Federer mötəbər “Australian Open”in birinci “Böyük dəbilqə” seriyası mövsümündə ilk yarışın qalibi olub. 

Milli.Az report.az-a istinadən bildirir ki, finalda R.Federer xorvatiyalı Marin Çiliçə üstün gəlib. Oyun 6:2, 6:7 (5:7), 6:3, 3:6, 6:1 hesabı ilə dünyanın ikinci raket ustasının xeyrinə bitib. Final matçı 3 saat 6 dəqiqə davam edib.

Yarışın ümumi uduş fondu 43 milyon dollardır. 36 yaşlı Federer üçün bu, karyerasında sayca 6-cı “Australian Open” yarışı və ümumilikdə 96-cı qalibiyyət olub. İsveçrəlinin “Böyük dəbilqə” seriyasında 20 qələbəsi var.

Qeyd edək ki, ötən il Uimbldonda “Böyük dəbilqə” seriyasının finalında da R. Federer xorvatiyalı idmançını yenib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp