Qardaşlar maraqlı maketlər hazırlayır – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hərəkət edən traktor, kran, yük maşını və silah…

Milli.Az bildirir ki, paytaxtın Sabunuçu rayonu Zabrat qəsəbə sakinləri 13 yaşlı Famil İmamquliyev və qardaşı 14 yaşlı Elzadi İmamquliyev kartondan və müxtəlif vasitələrdən bu cür maketlər hazırlayıblar. Kran və traktor şlanqların daxilindəki suyun köməkliyi ilə yükü yuxarı qaldırır. Kranın hissələri bu üsulla sağa-sola da hərəkət edir və yuxarı qaldırdığı əşyanı yük maşınına atır.

307 nömrəli tam orta məktəbin 6-cı və 8-ci sinif şagirdləri olan İmamquliyev qardaşlarının hazırladığı ən diqqətçəkən alət isə vakuumla işləyən silahdır. Əvvəlcə silahın üzərindəki plastik butulkaya şpris vasitəsilə hava doldurulur. Lülənin üstündəki krantı açdıqda isə silah havanın gücü ilə gülləni 100 metrə qədər ata bilir.

Məktəbli qardaşlar deyirlər ki, maketləri hazırlamaqda, lazım olan avadanlıqları əldə etməkdə valideynləri də onlara kömək edib.

Famil və Elzadi qardaşları növbəti dəfə küləklə işləyən və elektrik enerjisi istehsal edən qurğu hazırlamaq niyyətindədirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qardaşlar maraqlı maketlər hazıryır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp