Panama sahillərində güclü zəlzələ olub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Sakit okeanda Panamanın cənub sahilləri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.

Trend-in ABŞ-ın Geoloji Xidmətinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla şənbə günü 16:45-də baş verib.

Zəlzələnin episentri Pedasi yaşayış məntəqəsindən 43 km cənub-şərqdə yerləşib, dərinliyi 10 km olub.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp