Luis Enrike “Çelsi”nin baş məşqçi postuna əsas namizəddir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Barselona” klubunun sabiq baş məşqçisi Luis Enrike “Çelsi”nin (İngiltərə) məşqçisi vəzifəsinə əsas namizəddir.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə “The Mail on Sunday” nəşri yazıb.

Qeyd olunur ki, London klubu mövsümün sonunda italiyalı mütəxəssis Antonio Konte ilə iki illik əməkdaşlıqdan sonra yollarını ayırmağı planlaşdırır.

Nəşrin yazdığına görə, hazırda “Çelsi”də işsiz Enrikeyə üstünlük verilir. Çünki digər namizədlər Massimiliano Alleqri (“Yuventus”) və Diyeqo Simeonenin (“Atletiko”) öz komandaları ilə iki illik müqavilələri var ki, bu da onların “göylər”in məşqçilər qərargahına dəvət edilməsini çətinləşdirir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp