London klubunun futbolçusunu ciddi cəza gözləyir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“West Ham United”in müdafiəçisi Artur Masuaku ciddi cəzalandırıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İngiltərə Kubokunun 1/16 finalında “Wigan Athletic”ə qarşı oyunda rəqib futbolçu Nik Pauellə tüpürüb. Bu səbəbdən oyunun baş hakimi ona birbaşa qırmızı vərəqə göstərib. Fransalı futbolçunun 6 oyunluq diskvalifikasiya olunması gözlənilir. Oyun “Wigan”ın 2:0 hesablı qələbəsi iə yekunlaşıb. Hər iki qolu Uilyam Qriqq vurub.

Qeyd edək ki, 2015-ci ildə bir-birinə tüpürdüyünə görə İngiltərə Futbol Federasiyası Papiss Sisse 7, Conni Evans 6 oyunluq cəzalandırmışdı.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp