Kiprdə prezident seçkilərinin lideri müəyyənləşib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Kiprin hazırkı prezidenti,  DİSİ (“Demokratik toplantı”) sağçı partiyasının namizədi Nikos Anastasiadis  ölkədə keçirilən prezident seçkilərində liderliyi ələ keçirib. Milli.Az APA-ya istinadən xəbər verir ki, bülletenlərin 50,4 faizi üzrə seçicilərin 35,75  faizi Nikos Anastasiadisə etimad göstərib. 

İkinci yerdə 29,34 faiz səslə AKEL solçular partiyasının nümayəndəsi Stavros Malas qərarlaşıb. 

Üçüncü pillədə DİKO (mərkəzçi Demokrat partiyası) nümayəndəsi Nikolas Papadopulos yer alıb. Onu seçicilərin 26 faizi dəstəkləyib. 

ELAM (Milli Xalq Cəbhəsi)  milliyyətçi hərəkatın nümayəndəsi Xristos Xristu 5,95 faiz səs toplayıb. 

Prezident seçkilərində ümumilikdə 9 nəfər mübarizə aparır. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp