Kabildə partlayışda ölənlərin sayı 103 nəfərə çatıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şənbə günü Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktında ölənlərin sayı 103 nəfərə çatıb, 235 yaralı var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl partlayışda 95 nəfər öldüyü, 191 nəfərin yaralandığı bildirilib. 

Qeyd edək ki, şənbə günü Kabildə diplomatik korpusların olduğu Vəzir-Əkbər-Xan məhəlləsində partlayış törədilib. Partlayışa görə məsuliyyəti “Taliban” Hərəkatı öz üzərinə götürüb. Əfqanıstan hökuməti Kabildə törədilmiş terror aktında çoxsaylı tələfatla əlaqədar bu gün milli matəm elan edib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp