İranda 16 İŞİD üzvü saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İranın qərbində Sepah ilə İŞİD-in 21 nəfərlik üzvü arasında atışma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, atışma nəticəsində İŞİD qruplaşma üzvlərindən 16 nəfər həbs edilib.

İslam İnqilabının Keşikçilər Korpusunun (Sepah) quru qoşunlarının “Nəcəf” qərargahının mətubat xidmətinin rəhbəri Məhəmməd Pakvər məlumat yayıb.

O bildirib ki, atışma bu gün günorta saatlarında baş verib, 16 terrorçu həbs edilib, bir neçə nəfər öldürülüb.

M. Pakvər bildirib ki, atışma  Bamo bölgəsində baş verib. Sepahın  “Nəcəf”  briqadası qüvvələrindən 3 nəfər həlak olub, terrorçulardan iki nəfəri qaçmağa çalışıb, hazırda Sepah qüvvələri onları mühasirəyə alıb.

O qeyd edib ki, terrorçular  ölkə daxilində və sərhəd bölgəsində terror aktları törətməyi planlaşdırıbmış.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp