Ginnesin rekordlar kitabına düşmək üçün görün nə etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ vətəndaşı Rassel Kasseva Ginnesin rekordlar kitabına düşmək üçün maraqlı bir cəhd edib.

Milli.Az xəbər verir ki, amerikalı Rassel xeyriyyə məqsədilə Lego konstruktor kubikləri ilə düzəldilmiş 36,5 metr məsafəni ayaqyalın keçib. O bununla “Fairy Bricks” xeyriyyə təşkilatının diqqətini cəlb etmək istəyib. Həmin şirkət mütəmadi olaraq uşaq xəstəxanalarını oyuncaqlarla təmin edir.

50 dəqiqəyə yaxın çəkilən videoda Rassel dəfələrlə uğursuz başlayır və yolun yarısında qalır. Lakin 38-ci dəqiqədən sonra missiyanı uğurla başa vurduğu görüntülər əks olunur.

Rassel videonun sonunda bu cəhdi heç kimin təkrarlamamasını tövsiyə edir.

Həmin görüntüləri təqdim edirik. (publika.az)

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp