Cənubi Kiprdə prezident seçkilər keçirilir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün Cənubi Kiprdə prezident seçkiləri keçirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 07.00-da seçki məntəqələri açılıb.

Prezident seçkilərinin ilk turunda qalib gəlmək üçün namizədin 50 faizdən çox səs toplaması lazımdır. Əks halda prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda ilk turda ən çox səs toplamış iki namizəd yarışacaq və ən çox səs toplayan namizəd prezident seçiləcək.

Cənubi Kiprdə prezident seçkilərində 9 namizəd iştirak edir. Prezident postuna əsas iddialılar hazırkı prezident Nikos Anastasiadis,  Kipr Xalq Əmək İnkişaf Partiyasının namizədi Stavros Malas və Demokrat Partiyasının lideri Nikolas Papadopulos sayılır.

Seçki məntəqələri saat 18.00-da bağlanacaq

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp