“Bu cür hücumlar insan haqqlarını kobud şəkildə pozur”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

BMT-nin baş katibi Antoniu Quterriş Kabildə törədilən terror aktını qınayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Quterrişin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Bu cür hücumlar insan haqqlarını kobud şəkildə pozur və heç vaxt bəraət qazana bilməz”, deyə Düjarrik bildirib. Baş katib həmçinin həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Şənbə günü Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 95 nəfər həlak olub, daha 158 nəfər yaralanıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp