Bu ayaqqabının qiyməti dodaq ucuqladır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dubayda dünyanın ən bahalı ayaqqabılarından birinin satışı planlaşdırılır. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, söhbət briliyantlarla bəzədilən hündürdaban ayaqqabıdan gedir.

Əl işi olan ayaqqabı 54 karatlıq briliyant və ümumi çəkisi 416 karat olan yaqutla bəzədilib. Dabanı qızıl və platindən olan ayaqqabının qiyməti isə 300 min dollar dəyərindədir. 

Fərqliliyinə görə dünyaya ilk olan bu geyim yerli dizayner Jada Dubayın “Royal” kolleksiyasına daxildir.

Xatırladaq ki, adıçəkilən dizayner daha öncədə bənzər ayaqqabı hazırlayıb. “Şpilka daban” adlandırılan qırmızı qadın ayaqqabısı topuqdan bağlanan olub. Onun məhz bu hissəsi ümumi çəkisi 24 karat olan bahalı daş-qaşla bəzədilib. Rubin və briliyantla bəzədilən bağlama hissəsi tac formasında hazırlanıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp