Braziliyada gecə klubuna hücumda 14 nəfər öldü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Braziliyada gecə klubuna hücum nəticəsində 14 nəfər öldü.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Fortalez şəhərində qeydə alınıb. Naməlum şəxslər gecə klubuna soxularaq atəş açıblar. Hücum zamanı ən azı 14 nəfər ölüb. Onların arasında iki yetkinlik yaşına çatmayan yeniyetmə də var. Bir neçə yaralını, o cümlədən 12 yaşlı oğlanı xəstəxanaya çatdırıblar.

Güman olunur ki, hücumçular narkotik maddə alveri ilə məşğul olan yerli cinayətkar qruplaşmanın üzvləridir. Onlar gecə klubuna 3 maşında gəliblər. Amma qətliamın hansı səbəbdən törətdikləri bilinmir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp