Bakıda silah satmaq istədi, ələ keçdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Odlu silahı satmaq məqsədi ilə əldə edən şəxs tutulub.

Milli.Az bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda olub. 15-ci polis bölməsinə məlumat daxil olub ki, rayon ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Cənnət Məcidovda odlu silah var.

Dərhal əməliyyata başlayan polis adıçəkilən şəxsin mənzilinə baxış keçirib. Həmin vaxt ağsaqqal kişinin mənzilindən “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb. Dindirmə zamanı Cənnət Məcidov həmin odlu silahı satmAq məqsədi ilə saxladığını deyib.

Polis onun həmin silahla hər hansı bir cinayət törədib törətmməsin araşdırır.

Cəlilabad rayon polis şöbəsinin əməkdaşları da qanunsuz silah gəzdirən şəxsi tutub. Rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədov yaşadığı kənddən Cəlilabad rayonu istiqamətinə gələrkən şübhəli davranışları polislərin diqqətini cəlb edib.

Onun üzərinə baxış keçirilərkən gödəkçəsinin altında bir ədəd “kalaşnikov” markalı avtomat, 25 ədəd patron və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda silah satmaq istədi, ələ keçdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp