Bakıda mənzildən 10 min dollarlıq QIZIL OĞURLANIB



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda mənzildən ana və qızına məxsus  10 min dollarlıq qızıl-zinət əşyaları oğurlanıb.

Milli.Az bildirir ki, sakinlərin modern.az-a verdiyi məlumata görə, hadisə “Yeni Günəşli” qəsəbəsi, “V” yaşayış sahəsi, ev 6, mənzil 20-də qeydə alınıb.

Hadisə zamanı mənzil sahibi evdə olmayıb. Naməlum şəxs və ya şəxslər bundan istifadə edərək, mənzilin arxa eyvanındakı dəmir barmaqlıqları xüsusi avadnlıqla kəsib. Evə daxil olan şəxs və ya şəxslər təxminən 10 min dollarlıq qızıl və briliyyant aparıblar.

Oğrular evdə pul tapmadıqlarından qızılla kifayətləniblər.

Bildirilir ki, mənzil sahibinin anasının evində (onun da evi “Yeni Günəşli”dədir) təmir getdiyindən o öz qızılını saxlaması üçün qızından xahiş edib (oğurluq edilən mənzildə).

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp