Bakıda bu avtobus insanları ÖLÜMƏ APARIR



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Avtobus qapısı açıq şəkildə hərəkət edir. Məktəblilər də qapıdan sallanaraq gedir.

Mənzərə çox təhlükəlidir. Xırda bir diqqətsizlik şagirdlərin yıxılması ilə nəticələnə bilər.

Milli.Az bildirir ki, görüntülər Koroğlu metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusda baş verib. Bu video bir daha sərnişinlərin təhlükəli şəkildə daşınmasını gündəmə gətirir.

Lakin 99 JH 483 dövlət nömrə nişanlı məhz həmin avtobusun sürücüsü özünə haqq qazandıraraq deyir ki, şagirdlər dərsdən qayıdanda hər zaman belə olur.

Marşrut xəttinin Namiq adlı rəsmisi bildirib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalanacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə deyir ki, sabah daşıyıcı şirkətin rəhbərliyi agentliyə dəvət olunaraq xəbərdarlıq ediləcək. Belə hala yol verən sürücü ilə bağlı lazimi tədbirlər görüləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda bu avtobus insanları ölümə aparır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp