Azərbaycanda 11 yaşlı uşağı sahibsiz it dişləyib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün axşam saatlarında rayonun Çolaqlı kənd sakini 2007-ci il təvəllüdlü Murad Nizami oğlu Abdullayev it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Milli.Az bildirir ki, MRX-dan APA-ya verilən məlumata görə, 11 yaşlı M. Abdullayev yaşadığı kəndin ərazisində küçə ilə gedərkən sahibsiz itin hücumuna məruz qalıb.

İt M. Abdullayevin sağ ayağının baldır nahiyəsindən dişləyib. Murad Abdullayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp