Abşeronda yanğın olub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Abşeronda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Abşeron rayonu, Qobu qəsəbəsində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli.Az