2050-ci ilə qədər dünya əhalisinin…



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2050-ci ilə qədər əhalisinin sayı ən çox azalacaq ölkələrin adları açıqlanıb.

Milli.Az xəbər verir ki, siyahı Birləşmiş Millətlər Təşkilatının proqnozları əsasında tərtib edilib. Siyahıya dünya ölkələrindən Serbiya, Bolqarıstan, Ukrayna, Rumıniya, Moldova, Latviya, Litva və Xorvatiyanın adı daxil edilib.

Proqnozlara görə, ötən il üçün dünya əhalisinin sayı 7,6 milyard olub. Bu isə o deməkdir ki, hər il dünya əhalisinin sayı 83 milyon nəfər artır.

Siyahıya görə, ötən il 7 milyon vətəndaşı olan Bolqarıstan əhalisinin sayı 2050-ci ildə 5,4 milyon nəfər azalacaq. Latviyada 1,9 milyondan 1,5 milyona, Litva üçün isə bu göstəricilər 2,8 milyon nəfərdən 2,4 milyon nəfərə qədər azalacaq.

Hazırda Polşa əhalisinin sayı 38,1 milyon olduğu halda 2050-ci il üçün göstəricilərin 32,3 milyona düşəcəyi proqnozlaşdırılır. Rumıniyada 19,6 milyondan 16,3 milyona, Serbiyada 8,7 milyondan 7,4 milyona, nəhayət, Ukraynada isə əhalinin sayı 41,2 milyondan 36,4 milyon nəfərə qədər azalacaq.

BMT-nin hesablamalarına görə, ötən il üçün qeydə alınan nəticələrə görə, əhalisinin sayı 143,9 milyon nəfər olan Rusiya 2050-ci ildə 133 milyon nəfərə qədər azalacaq. (publika.az)

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp