10 ildir onunla sevgili imiş



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

27 yaşlı müğənni Edisin hər kəsdən gizlətdiyi sevgilisinin kimliyi bəlli oldu. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, oxuduğu mahnılarla son günlər gündəmdən düşməyən pop ifaçısı bu dəfə şəxsi həyatı ilə səs-küy yaradıb. 

O, litsey illərindən tanış olduğu Aylin Önce ilə sevgilidir. On ildir birlikdə olan cütlük tez-tez küssə də, heç vaxt ayrılmayıb. 

“Bizim münasibətimiz 10 ildir qırılmayan bir bağdır. Ayrıldığımız vaxtlar olsa da, qala bilməyib bir-birimizə qayıtdıq. O, həyatımdan heç vaxt çıxmayacaq” deyə, Edis bildirib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp