“Zirə” qələbə ilə başladı – YENİLƏNİB



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk sınaq matçına çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov “Volentaru” ilə görüşdə yetirmələrini yoxlayıb.

Bakılıların öncədən Polşa “Krakoviya”sı ilə görüşməsi planlaşdırılsa da, sonradan rəqib dəyişmişdi. Əvəzində “Zirə” Rumıniya təmsilçisi ilə üz-üzə gəlib.

“Volentaru” ilə qarşılaşma təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Elşən Abdullayev və Vüsal İsgəndərli komandalarına qələbə qazandırıblar.

Yoxlama görüşü

27 yanvar

“Zirə” (Azərbaycan) – “Volentaru” (Rumıniya) – 2:0

Qollar: Elşən Abdullayev, 17; Vüsal İsgəndərli, 60

“Zirə”: Kamal Bayramov, Adil Nağıyev, Yovan Krneta, Tellur Mütəllimov, İbrahim Aslanlı, Vüqar Mustafayev, Milan Duriç, BrahimTandia, Mirsahib Abbasov,Elşən Abdullayev, Riçard Qadze

“Volentaru”: Razvan Petraru, Pleaska Marian, Rauta Aleksandria, Petre İvoniçi, Adrian Balan, İounut Balaur, Kazan Luisian, Boqdan Busurika, Daniel Novak, Laurentiu Marinesku, Adelin Pirkalabu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp