“Zəng edib bezdirirdi ki, gəlim oğurluq edək” – Ev yaran dəstə – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şəmkir rayon Aşağı Seyfəli kənd sakini Atəş Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qardaşının evindən oğurluq edildiyi barədə məlumat verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, onun iddiasına görə, yanvar 23-ü naməlum şəxslər qapını sındırma yolu ilə Rusiyada yaşayan Mirəzim Məmmədovun evinə daxil olublar və oradan 1100 manat dəyərində müxtəlif əşyalar oğurlayıblar.

Polis cinayətdə şübhəli bilinən Aşağı Seyfəli kənd sakini, 23 yaşlı İmdat İsayevi, eləcə də Şəmkir rayonunda anadan olan 26 yaşlı Afiyyədin Quliyevi və  27 yaşlı Nurlan Axundovu şübhəli şəxs qismində saxlayıb. İstintaq zamanı həmin şəxslərin başqa bir oğurluq hadisəsi törətdiyi də məlum olub.

Oğurluq planını quran və dəstəyə başçılıq edən İmdat İsayev 20 gün öncə həbsdən azad edilib. Afiyyəddin Quliyev isə Rusiyada məhkumluq həyatı yaşayıb.

İmdat İsayev – saxlanılan şəxs: “Tanışım Afiyyədinlə zəngləşmişik, gedib 2 evə girmişik. 18 yanvarda evə girmişik, bir də ondan 2-3 gün sonra”.

Afiyyədin Quliyev – saxlanılan şəxs: “Bir həftə idi, İmdat zəng edib, bezdirirdi ki, gəlim oğurluq edək. Hansı evin üstündə qıfıl var girək. Mən də zəng etdim ki, gəl. İmdat mənim toyuma gəlmişdi, oradan tanıyıram. İki konyak, bir mişar götürmüşəm. İkinci evdən bir “motor”, bir genrator götürmüşəm”.

Nurlan Axundov – saxlanılan şəxs: “Məni Afiyəddin çağırıb. Dedi ki, bir yer var, ora gedək. Oğurluğa getməyimizi demədi. Getdik, dedi bu evə girəcəyik. Mən də bunlarla bərabər girdim, götürdüyü bir balta və bir mişar olub”.

Faktla başlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə iş açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Zəng edib bezdirirdi ki, gəlim oğurluq edək" - Ev yaran dəstə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp