Türkiyə Suriyada daha bir kəndi ələ keçirdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Afrindəki terrorçulara qarşı apardığı “Zeytun budağı” əməliyyatı 8 gündür davam edir.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə bu gün daha bir kəndi ələ keçirib.

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Afrinin şimal-qərbindəki Ali Bekki kəndini tutublar. Kənddə saxlanılan YPG-li terrorçuların şəkilləri yayılıb. Əməliyyat zamanı 10 terrorçu öldürülüb.

Ordu qərargahından verilən məlumata görə, 394 terrorçu zərərsizləşdirilib, 340 hədəf məhv edilib.

Milli.Az tutulan terrorçuların fotolarını təqdim edir:

Bəxtiyar Umarlı

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp