“Türkiyə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlərə dəstək verəcək”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlərə dəstək verəcək.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş bildirib.

Nazir qeyd edib ki, bununla yanaşı, Türkiyə və Azərbaycan bir sıra ortaq layihələr həyata keçirərək bölgəyə turist axınının artmasın təmin etməlidir:

“Bu gün Azərbaycan və Türkiyə bir sıra birgə layihələr həyata keçirir ki, bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir”.

N.Kurtulmuş əlavə edib ki, digər önəmli layihə isə Bakı-Tbilisi-Ceyhan neft kəməridir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Dövlət başçısı il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Bu il iyun ayının 8-də isə Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclası keçiriləcək.

Xüsusi iclasda xarici ölkələrdən dəvət edilən qonaqlar da iştirak edəcəklər.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp