Trampın Davos naharı: 15 yeni dost qazandım



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Avropanın ən böyük şirkətlərinin baş icraçı direktorları (CEO) ilə də görüşüb.

Milli.Az CBS-ə istinadən bildirir ki, Davosda D.Tramp 15 CEO-nu nahara dəvət edərək Avropanın ən böyük şirkətlərinin 15 rəhbəri ilə müzakirələr aparılıb.

Müzakirələrdə həmin şirkətlərin Birləşmiş Ştatlardakı fəaliyyəti nəzərdən keçirilib.

Adidas, Nestle SA, Nokia, AB Volvo və digər şirkətlərin rəhbərlərinin qatıldıqları naharda əsas məsələlərdən biri İsveçrənin AGG korporasiyasının GE Solutions-un bir hissəsini 2,6 milyard dollara satın alması da vardı.

Donald Trampın dediyinə görə, o, Avropa şirkətlərinin Birləşmiş Ştatlarında fəaliyyətlərinin miqyasını daha da genişləndirməsinin tərəfdarıdır: “Lakin bunun üçün müvafiq dövlət qurumlarının icazəsi gərəkdir”.

ABŞ prezidenti onu da vurğulayıb ki, onun artıq 15 yeni dostu var.

Donald Trampın Davosda nahara dəvət etdiyi CEO-lar

1. Kasper Rorsted – Adidas

2. Coi Kayzer – Siemens AG

3. Henrix Haysinger – Thyssenkrupp AG

4. Eldar Saetre – Statoil ASA

5. Mark Şnayder – Nestle SA

6. Vas Narasimhan, Novartis AG

7. Mark Taker – HSBC

8. Patrik Puyen – Total SA

9. Carlos Brito – Anheuser-Busch InBev NV

10. Raciv Suri – Nokia Corporation

11. Punit Renjen – Deloitte

12. Martin Lundstedt – AB Volvo

13. Verner Baumann – Bayer AG

14. Bill MakDermott – SAP SE

15. Ulrix Spayshoffer – ABB Ltd

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp