Trampa “Arsenal”ın baş məşqçi postu təklif edilib
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Londonun “Arsenal” klubunun azarkeşi olan britaniyalı jurnalist və teleaparıcı Pirs Morqan ABŞ prezidenti Donald Trampa komandanın onun adına olan 45 nömrəli formasını hədiyyə verib və Amerika liderinə London komandasının baş məşqçisi olmağı təklif edib.
Milli.Az “Report”a istinadən bildirir ki, bu barədə Morqan öz “Twitter” səhifəsində yazıb.
“Prezidentə “Arsenal”ın yeni məşqçisi postuna dəvət etdiyim məqam, çünki o möhkəm müdafiə divarı qurur, hücum fəlsəfəsi var və nəyin bahasına olursa-olsun böyük mükafatlar qazanmaq istəyir”, – deyə jurnalistin məlumatında bildirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin