Tələbələri süni intellekt yoxlayacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çjeszyan əyalətində yerləşən universitet öz tələbələrinin çin dilində yazılmış inşalarını yoxlamaq üçün süni intellektdən istifadəyə başlayıb.

Milli.Az ICTnews-a  istinadən bildirir ki, “Süni intellekt çin dilində yazılmış inşanı yoxlamağa 40 saniyə vaxt sərf edir” – Çjeszyan Xarici Dillər Universitetinin çin dili üzrə professoru deyib.

Rusiya, Koreya Respublikası və Zambiya daxil olmaqla 6 ölkədən 11 tələbə yekun imtahan verib. Süni intellekt əsasında yaradılmış korrektor müxtəlif səhvləri dəqiq aşkar edib.

Süni intellekt əsasında yaradılmış korrektor Çinin “Alibaba” internet-nəhəngi tərəfindən hazırlanıb. Şirkətin məlumatına görə, yeni proqramın dəqiqliyi insan dəqiqliyinə çox yaxındır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp