Süni qidaların istifadəsinə ciddi nəzarət ediləcək – HƏKİMLƏRƏ XƏBƏRDARLIQ



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda ana südü ilə qidalalanların sayını artırmaq üçün tədbirlər görüləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunun üçün səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən əmr imzalanıb.

“Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş əlavə tədbirlər” haqqında əmrə əsasən, doğum evlərində süni qida qatışıqlarının istifadəsinə ciddi nəzarət ediləcək.

Buna nəzarəti Səhiyyə Nazirliyinin baş neonatoloqu və doğuşayardım tibb müəssisələrinin rəhbərləri həyata keçirəcək. Nəzərətin gücləndirilməsi üçün yeni təkliflər də hazırlanıb.

Qeyd edək ki, suni uşaq qida qatışıqlarını lüzumsuz yerə tövsiyə edən həkimlərə əvvəl xəbərdarlıq ediəlcək, sonra isə töhmət veriləcək və bu hal təkrarlanarsa həmin həkim işdən çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Süni qidaların istifadəsinə ciddi nəzarət ediləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp