Rza Zərrabın aparıldığı yer məlum oldu
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə hazırda ABŞ-da məhkəməsi davam edən Azərbaycan əsilli, İran vətəndaşı Rza Zərrabın saxlanıldığı yer ortaya çıxıb.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, eyni zamanda həm də Türkiyə vətəndaşı olan Zərrab Nyu-York yaxınlığındakı “Westchester” həbsxanasında saxlanılır. “Westchester” həbsxanası Nyu-York şəhərinə, təxminən, 40 dəqiqə məsafədə yerləşir. Onun hansı səbəbdən bu həbsxanaya köçürüldüyü açıqlanmır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin