Rusiyada polis azərbaycanlını xilas etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiyanın Stavropol diyarında küçədə ürəyi dayanan Azərbaycan vətəndaşı ölümdən xilas edilib.

Milli.Az “Report”a istinadən bildirir ki,bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Ötən gün Stavropolda xidməti vəzifəsini yerinə yetirən kinoloq mütəxəssis İvan Busaryev nəzarət buraxılış məntəqəsi yaxınlığındakı mağazadan kiminsə kömək istədiyini eşidib. Hadisə yerinə gedən polis serjantı huşunu itirmiş kişi aşkar edib. Həmin şəxsin nəfəsi gəlmirmiş və nəbzi dayanıbmış. Polis dərhal radio stansiyası vasitəsi ilə həmkarlarına xəbər verib. Onlar hadisə yerinə “təcili yardım” çağırıblar, asayiş keşikçisi özü isə kişi üzərində təcili reanimasiya tədbirləri görüb. Nəticədə 42 yaşlı Azərbaycan vətəndaşının ürək fəaliyyəti və nəfəsi bərpa olunub, kişi özünə gəlib.

Zərərçəkmiş hadisə yerinə gələn tibb işçiləri tərəfindən stasionar müayinə üçün xəstəxanaya aparılıb. Hazırda Azərbaycan vətəndaşı evə buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp