Rusiya ABŞ-ın sanksiyalarını yerinə yetirməyəcək
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Rusiya Federasiyası ABŞ-ın Şimali Koreyaya qarşı birtərəfli sanksiyalarını tanımır və Vaşinqtonun sanksiyalara düşən Şimali Koreya vətəndaşlarını Rusiya ərazisindən göndərmək çağırışını yerinə yetirməyəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN rəhbərinin müavini İqor Morqulov bildirib.
İ.Morqulov bildirib: “Biz yalnız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaları yerinə yetirəcəyik. Biz ABŞ-ın birtərəfli sanksiyalarını tanımırıq və bizim onları yerinə yetirmək üçün heç bir beynəlxalq öhdəliyimiz yoxdur”.
Qeyd edək ki, yanvar ayının 24-ü ABŞ Şimali Koreyaya qarşı sanksiya siyahısını genişləndirib. Siyahıya Şimali Koreya vətəndaşı olan 16 fiziki şəxs əlavə olunub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin