Ronaldu qaşının yarılmasından danışdı: “Əvvəlki kimi yaraşıqlıyam”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Real Madrid”in hücumçusu Kriştianu Ronaldu qaşının yarılması il bağlı danışıb.

Milli.Az xəbər verir ki, 7:1 qalib gəldiklər “Deportivo” matçında zədələnən oyunçu qan içində meydanı tərk etmişdi.

“Mən əvvəlki kimi yaraşıqlı və xoşbəxtəm. Görməm də həmişə olduğu kimi çox itidir. Yəni heç bir problem yoxdur”, – Ronaldu deyib.

Portuqal ulduz bu zədənin növbəti “Valensiya” matçında oynamasına heç bir maneçilik törətməyəcəyini qeyd edib.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp