Ronaldu heç yerə transfer olmayacaq: “Mən “Real”da qalmaq istəyirəm”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Real Madrid”in hücumçusu Kriştianu Ronaldu mövsümün sonunda komandanı tərk edəcəyi xəbərlərini təkzib edib.

Milli.Az xəbər verir ki, son zamanlar portuqaliyalı ulduzun adı keçmiş klubu “Mançester Yunayted” və PSJ ilə anılırdı. Buna səbəb kimi isə Madrid klubunun prezidenti Florentino Perezin Ronalduya söz verdiyi maaş artımını etməməsi olub.

“Təbbi ki, mən “Real”da qalmaq istəyirəm. Mən 2009-cu ildən bəri Madriddə yaşayıram. Burada yerlər və insanlar çox xoşuma gəlir. Portuqaliyaya da yaxın olduğu üçün maşınla hər yerə gedə bilirəm.

İspaniya gözəl ölkədi və mən buranı və “Real”ı çox sevirəm” – Ronaldu deyib.

Adil Nəcəfov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir