Qərzəkli meyvələr bahalaşıb – BAZARDAN REPORTAJ



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qərzəkli meyvələrin məskəni sayılan Zaqatalada bu məhsulların alıcısı az olsa da, qiyməti bahadır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Zaqatala bazarının qərzəkli meyvələr satılan hissəsində alıcıdan çox satıcı gözə dəyməkdədir. Mövsümün əvvəllərindən fındıq və qozun qiyməti sulu olduğu üçün nisbətən ucuza satılırdısa, hazırda qiymətlərdə 1-2 manat artırm var.

Şabalıda gəldikdə isə, qiymətləri “əl yandırır”. Rayonda bu məhsulun ilbəil azalması öz növbəsində, bazarlarda qiymətin artması ilə nəticələnib.

Satıcıların sözlərinə görə, qarşıdan gələn Novruz bayramı ərəfəsində qiymətlərin cuzi də olsa artması müşahidə oluna bilər. Lakin alıcılıq səviyyəsi bu vəziyyətdə olarsa, artım yox, əksinə qiymətlərdə düşmə qaçılmaz olacaq.

Ümumiyyətlə isə, satıcılar bildirirlər ki, bazarlara Zaqatala quru meyvələri adı ilə daha çox Gürcüstandan məhsul gətirib, ucuz qiymətə təklif edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Qərzəkli meyvələr bahalaşıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp