PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

PKK tərəfdarları Berlində Türkiyə səfirliyinin qarşısında Türkiyənin Suriyanın Afrin şəhərində apardığı “Zeytun budağı” əməliyyatına etiraz etmək məqsədi ilə aksiya keçiriblər.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, aksiyada 300-dən çox PKK tərəfdarı iştirak edib. Onlar PKK bayraqları və pankartlarla “Zeytun budağı” əməliyyatına etiraz ediblər.

Digər tərəfdə isə əllərində Türkiyə bayrağı, Atatürkün və Rəcəb Tayyib Ərdoğanın plakatı olan türklər onlara qarşı çıxıblar.

Tərəflər arasında dava düşüb. Polis davaya müdaxilə edərək hadisənin böyüməsinə mane olub.

Bəxtiyar Umarlı

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp