Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub, ölənlər və itkin düşənlər var – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində azı 3 nəfər həlak olub.

Məlumata əsasən, indiyədək 3 nəfərin meyiti aşkarlanıb (Karlos Sadoval Suklupe, Xuan Sandoval Suklupe və Valter Sandoval Akosta). İtkin düşənlərin olduğu bildirilir.

İlkin məlumata əsasən, toqquşma yanvarın 24-də baş verib. Liberiya bayrağı altında üzən yük gəmisi ilə toqquşan balıqçı gəmisi batıb. Yük gəmisinin heyəti arasında zərərçəkən olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp