Özünüzü günahkar saymadan necə “yox” deyə bilərsiniz?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İnsanların xahişlərinə qarşılıq olaraq “yox” sözünü demək çox çətindir. Hətta, çox hallarda kiminsə qəlbinə dəyməmək üçün “bəli” demək məcburiyyətində qalırsınız.

Milli.Az moneta.az-a istinadən bildirir ki, universitetdə, işdə, evdə və ya yığıncaqlarda “yox” deməyi öyrənməlisiniz və “yaxşı insan” olmaqdansa sizin üçün ən vacib olan məsələlərə vaxt ayırmalısınız.

Nəyə görə “yox” deməyi öyrənməlisiniz?

“Yox” demək üçün bəzi səbəbləri təqdim edirik:

1. Vaxtınızı daha yaxşı idarə edə bilərsiniz.

“Bəli” deyən zaman, xahişi yerinə yetirmək üçün vaxtınızı ayırmalısınız və bu sizin həyatınıza təsir edə bilər. Faktiki olaraq, “yox” kəlməsi vaxtın idarə edilməsində çox mühümdür və məqsədlərinizə çatmaqda köməklik edir.

2. Maraqlarınızı qoruyur.

Başqalarını razı salmağın əvəzinə “yox” deməklə öz prioritetləriniz üzərində fikrinizi cəmləşdirə bilərsiniz.

3. Sərhədləri müəyyən edir.

Sərhədləri müəyyən edən zaman insanlar sizin nəyi edəcəyinizi və ya nəyi edə bilməyəcəyinizi öyrənəcəklər.

Özünüzü günahkar saymadan “yox”u necə deyə bilərsiniz?

1. “Yox”u indi denən

İndi “bəli” deyib və sonradan insanı məyus etməkdənsə, ən yaxşısı elə indi “yox” deyin.

2. “Yox” deyən zaman qəti olun

“Ola bilər” və ya “yəqin ki” deməyin. İnsanların çoxu qəti “yox”u “ola bilər” sözündən daha çox qiymətləndirirlər. Qərarsızlıq hər iki tərəfi çıxılmaz vəziyyətə sala bilər.

3. “Yox” deyən zaman yalandan bəhanələr gətirməyin

Yalandan bəhanələr deyən zaman özünüzü günahkar hesab edə bilərsiniz. Ona görə də, kiminsə xahişi yerinə yetirməyən zaman yalan danışmayın. Siz heç kimə borclu deyilsiniz və onların sizin həyatınızın üzərində xüsusi səlahiyyətləri yoxdur ki, sizə nə etməli olduğunuzu desinlər.

4. “Yox” deyən zaman nəzakətli olun

“Yox” deyən zaman nəzakətsiz olmağınız lazım deyil, “yox” deyərkən nəzakətli olmağı öyrənin.

Siz “yox” deyən zaman insanların necə düşündüklərindən asılı olmayaraq, “yox” demək eqoistlik deyil. Bu o deməkdir ki, prioritetləriniz barəsində inamlısınız, verdiyiniz sözə qiymət verirsiniz və vaxtınızı idarə edirsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp