Namazda fikrin yayınmaması üçün nə etməyi məsləhət görürsünüz?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Namazda hüzuri-qəlb olması, yəni diqqətin namaza yönəldilməsi təkid edilən şərtlərdən biridir. Diqqəti kənara yayındırmaq namazı batil etməz, amma onun savabını azaldar. Diqqəti namaza yönəltməyin əsas yollarından biri namazın məsuliyyətini layiqincə anlamaqdır. İnsan Allahın qarşısında durduğunu bütün varlığı ilə dərk etməli, diqqətsizliyi Allaha qarşı hörmətsizlik kimi qəbul etməlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, namaz zamanı oxunulan sözlərə diqqət yetirmək, onların tərcüməsini və təfsirini düşünmək faydalıdır. Xüsusilə, Fatihə və qısa surə oxuyarkən onların məna-məfhumu barədə düşünmək təkid edilir.

Namazda tez-tez çaşan və şəkk edən şəxslərin namazı camaatla qılması məsləhətdir. Həmçinin, çaşmamaq üçün bəzi köməkçi vasitələrdən istifadə etməyə də icazə verilir. Rükətlərin sayını, rüku və səcdələrin yerini unutmamaq üçün namazı pozmayacaq tərzdə köməkçi vasitələrdən (səcdəni sayan möhürlər, təsbehi qatlamaq, kibrit çöplərindən istifadə etmək və s.) faydalanmaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir