Miloş Zeman yenidən Çexiya prezidenti seçilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Seçki məntəqələrinin 66 faizindən alınan məlumatlara əsasən, Çexiyanın hazırkı lideri Miloş Zeman prezident seçkilərinin ikinci turunda irəlidə gedir. O, seçicilərin 54,4 faizinin (1,5 milyon nəfər) səsini toplayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin statistika idarəsinin məlumatına görə, digər namizəd, Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş seçicilərin 45,5 faizinin (1,25 milyon nəfər) etimadını qazanıb.

Miloş Zeman özünün antimüsəlman baxışları ilə tanınır. O, 2015-ci ilin miqrasiya böhranını Avropaya “təşkil olunmuş müdaxilə” hesab edir. Zemanın fikrincə, Müsəlmanlar Avropa ölkələrinə inteqrasiya oluna bilməzlər. O, həmçinin dəfələrlə Rusiyaya qarşı sanksiyaların ləğv olunmasına çağırışlar edib.

Draqoş isə Avropa İttifaqı ilə əməkdaşlıq və Rusiyaya qarşı sanksiyalar tərəfdarıdır. Praqanın “Aİ-də daha fəal rol oynamasını” vacib hesab edən Draqoş Çexiyanın avronu valyuta qismində qəbul etməsini dəstəkləyir.

Səsvermənin yekun nəticələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 21:00-da) dərc olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp