“Mançester Siti” tarixinin ən bahalı transferi reallaşdı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Atletik”in müdafiəçisi Emerik Lyaport karyerasını “Mançester Siti”də davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc oyunçu “şəhərlilər”lə hərtərəfli anlaşma əldə edib.

Klublar arasında aparılan danışıqlar da artıq müsbət nəticələnib. Razılığa əsasən, “Mançester Siti” 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək.

Bu isə İngiltərə nəhənginin ən bahalı transferi kimi tarixə düşəcək. Hələlik bu baxımdan rekord 2015-ci ildə “Volfsburq”dan 63 milyon avroya alınan Kevin De Bruyneyə məxsusdu.

 

Lyaport yaxın günlərdə yeni komandası ilə 6 illik müqaviləyə qol çəkəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp